Rio-2016: Boksçu Kamran Şahsuvarlı 1/4 finalda!

Rio-2016: Boksçu Kamran Şahsuvarlı 1/4 finalda!

Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışları davam edib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının iki üzvü də növbəti döyüşlərini keçirib.

Rinqə ilk olaraq Albert Səlimov çıxıb. 60 kq çəkidə mübarizə aparan təmsilçimiz 1/4 finalda fransalı Sofian Oumiha ilə döyüşdə məğlub olub. 0:3 hesabı ilə yenilən təmsilçimiz çıxışını başa vurub.

Bu mübarizə başa çatan kimi isə digər dəri əlcək ustamız, Kamran Şahsuvarlı yumruqlarının gücünü yoxlayıb. 75 kq çəki dərəcəsində döyüşən Kamran 1/16 finalda çinli Zao Minqqanqa qalib gəlib. İdmançımızın budəfəki rəqibi isə Artyom Çebotaryov (Rusiya) olub. Rəqibinə qalib gələn Şahsuvarlı 1/4 finala yüksəlib.

0
25