Yerevanda torpaqların Azərbaycana qaytırılmasına qarşı etiraz edirlər

Yerevanda torpaqların Azərbaycana qaytırılmasına qarşı etiraz edirlər

Yerevanın Azadlıq meydanında polis binasını ələ keçirən silahlı qrupa dəstək etmək üçün etiraz aksiyası başlayıb.

Oxu.Az News.am-a istinadən xəbər verir ki, mitinq iştirakçılarının əllərində Ermənistan bayraqları və “Rus imperalizminə yox” və “Ölkəmizi oğrulardan təmizləyək” şüarları yazılmış plakatlar tutublar.

“Təsis parlamenti” təşkilatının üzvü Alek Yeniqomşyan öz çıxışında insanları işğal olunmuş torpaqların Azərbaycana qaytarılması barədə danışanlarla mübarizəyə çağırıb.

“Mən həmişə demişəm və deyəcəm: torpaqları verməyə cəhd göstərənləri biz özümüz torpağa verəcəyik”, - o deyib.

0
9