Aygün Kazımova Azərbaycan əsgərinə mahnı həsr etdi – FOTO + VİDEO

Aygün Kazımova Azərbaycan əsgərinə mahnı həsr etdi – FOTO + VİDEO

“Bütün əyləncə ruhlu layihələrimi dayandırmışam”.

Azərbaycanın xalq artisti Aygün Kazımova növbəti vətənpərvər ruhda olan layihəsini təqdim edib.

Oxu.Az xəbər verir ki, müğənni “Əsgər marşı” ifa edib.

Saytımıza açıqlamasında Aygün Kazımova marşın sözlərinin Cəlal Qurbanova, musiqisi və aranjimanının isə Yaşar Baxışa aid olduğunu bildirib:

“Vətənpərvər ruhda olan mahnılarımın əksəriyyətinin müəllifi dostum Cəlal Qurbanovdur. Yaşar Baxış ilə məni uzun illərin yaradıcı yolları bağlayır. Marşı vətənpərvər mahnıların peşəkar ifaçısı Şəmistan Əlizamanlıya da təqdim etmişik. O da ifa edib. Onun ifasında da “Əsgər marşı” çox uğurlu alınıb”.

0
36