Balakəndə “Kiyev virtuozları” Kamera Orkestrinin konserti keçirilib – FOTO

Balakəndə “Kiyev virtuozları” Kamera Orkestrinin konserti keçirilib – FOTO

Heydər Əliyev Fondunun təşkil etdiyi VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 8-də Balakən rayon Mədəniyyət Mərkəzində rayon ictimaiyyəti və musiqisevərləri Ukraynanın “Kiyev virtuozları” Kamera Orkestrinin konsertini izləmək imkanı əldə ediblər.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a bildirilib ki, orkestrin musiqi rəhbəri, Yerusəlim Simfonik Orkestrinin dirijoru, dünya şöhrətli violonçel ifaçısı Dmitri Yablonskinin dirijorluğu ilə keçirilən konsertdə Avropa bəstəkarları V.A.Mosart, J.Bize, P.Çaykovskinin əsərləri ilə yanaşı, Azərbaycan bəstəkarlarından Qara Qarayev, Niyazi, Fikrət Əmirovun əsərləri səsləndirilib.

Konsertdə skripkada İsrailin Yerusəlim Simfonik Orkestrinin konsertmeysteri Janna Qandelmanın və gənc vokalist (mezzo soprano), beynəlxalq müsabiqələr laureatı Aytac Şıxəlizadənin ifası olub.

Aytən Sadıqzadə

0
13