“Rio-2016”-da yeni dünya rekordu müəyyənləşib

“Rio-2016”-da yeni dünya rekordu müəyyənləşib

Rio de Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında 10000 metr məsafəyə qaçışda yeni dünya rekordu müəyyən olunub.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, efiopiyalı atlet Almaz Ayana 10000 metr məsafəni 29 dəqiqə 17,45 saniyəyə qət edərək, həm yeni dünya rekordu qırıb, həm də Rio-2016-da ölkəsinə qızıl medal qazandırıb.

Bundan əvvəl dünya rekordu 1993-cü ildə Çin idmançısı Van Çzunya yeniləyib. O, 10000 metr məsafəni 29 dəqiqə 31, 78 saniyəyə qət edib.

0
9