Rio-2016: Albert Səlimov yarımfinala yüksələ biləcəkmi?

Rio-2016: Albert Səlimov yarımfinala yüksələ biləcəkmi?

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışları davam edəcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının iki üzvü də növbəti döyüşlərini keçirəcək.

Rinqə ilk olaraq Albert Səlimov çıxacaq. 60 kq çəkidə mübarizə aparan təmsilçimiz 1/4 finalda gücünü sınayacaq. İlk görüşündə irlandiyalı Devid Coysu məğlub edən təcrübəli boksçumuz bu dəfə fransalı Sofian Oumiha ilə münasibətlərinə aydınlıq gətirəcək. Albert saat 01:15-də start götürəcək qarşılaşmada qalib gələrsə, özü üçün ən azı bürünc medalı təmin edəcək.

Bu mübarizə başa çatan kimi isə digər dəri əlcək ustamız, Kamran Şahsuvarlı yumruqlarının gücünü yoxlayacaq. 75 kq çəki dərəcəsində döyüşən Kamran 1/16 finalda çinli Zao Minqqanqa qalib gəlib. İdmançımızın budəfəki rəqibi isə Artyom Çebotaryov (Rusiya) olacaq. Döyüş saat 01:30-a təyin olunub.

0
11