Gənc vokalçı Fərhad Bədəlbəylinin bəstəsinə klip çəkdirib – FOTO + VİDEO

Gənc vokalçı Fərhad Bədəlbəylinin bəstəsinə klip çəkdirib – FOTO + VİDEO

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) məzunu, vokalçı Nigar Nazim “Dua-Ave Maria” mahnısına klip çəkdirib. Mahnının müəllifi Xalq Artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəylidir.

Bu barədə Oxu.Az-a müsahibə verən ifaçı bildirib ki, bu, onun ilk ciddi işidir.

Klip bu gün dünyanı bürümüş müharibə və terrorizmə qarşı kəskin etiraz, bir ailənin xoşbəxtliyi və məcburi itkilərindən bəhs edir. Çəkilişlər Abşeron və Buzovnada aparılıb.

Ekran işinin rejissoru Elvin Mirzəyev, operator və prodüser Həmid Mehrəfruz (İran), aranjimançı Etibar Əsədli, icraçı prodüser və fotoqraf Nərminə Həsənovadır.

Nigar Nazim bu əsəri birinci dəfə 2008-ci ildə Strasburqda fransız kilsə məbədində Azərbaycan Gününə həsr edilmiş konsertdə oxuyub.

İfaçı “Ana dilimizi sevək, sevdirək” respublika müsabiqəsində isə gümüş medala layiq görülüb.

0
9