Moskvada öldürülənlər azərbaycanlı deyildi - YENİLƏNİB

Moskvada öldürülənlər azərbaycanlı deyildi - YENİLƏNİB

Xəsarət alan daha bir nəfər xəstəxanadadır.

Bu gün Moskvada öldürülən şəxslərin milliyyətcə erməni və qırğız olduğu məlum olub.

Oxu.Az APA-ya istinadən verdiyi məlumata görə, onlardan biri 69 yaşlı Lev Kamalyan, digəri isə 36 yaşlı Nurik Munduzovdur.

Hadisə şahidinin sözlərinə görə, onları sərxoş gənclər qətlə yetirib. Gənclərin skinhed olduqları ehtimal edilir.

17:31

Moskvada iki azərbaycanlını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı.

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, hazırda müstəntiqlər saxlanılan şəxsin ikiqat qətlinə aidiyyətini yoxlayırlar. Rzyansk prospektində baş verən qanlı faciənin bütün mümkün versiyaları nəzərdən keçirilir.

17:27

Polislər Moskvanın şərqində Ferqansk küçəsində evi mühasirəyə alıblar, bu evdə iki azərbaycanlını qətlə yetirməkdə şübhəli bilinən şəxsin gizləndiyi ehtimal edilir.

Oxu.Az bu barədə Lenta.ru-ya istinadən xəbər verir.

Biçaqla silahlanmış şəxs səhər saat 05:00 radələrində Ryazansk preospektində yerləşən 46 nömrəli evdə üç kişiyə hücum edib. Xəsarət alanların ikisi ölüb. Ölənlərin şəxsiyyəti müəyyən edilib. Bu, 1947-ci və 1980-ci il təvəllüdlü azərbaycanlılardır. Xəsarət alan daha bir nəfər xəstəxanadadır, onun həyatı üçün heç bir təhlükə yoxdur.

“Qovorit Moskva” radiostansiyasına Moskva Həmkarlar İttifaqının Regionlararası Koordinasiya Şurasının sədri Mixail Paşkinin bildiridiyinə görə, cinayəti milliyyətçi törədə bilər, cinayət milli zəmində baş verə bilər.

Fakt üzrə iki və daha çox nəfərin qətlə yetirilməsi, eləcə də sağlamlığa orta ağırlıqlı xəsarətin yetirilməsi maddəsi üzrə cinayət işi açılıb.

0
10