Ölkədə oğurluq halları artıb?

Ölkədə oğurluq halları artıb?

Ötən ilin müvafiq dövrü ilə müqayisədə oğurluq faktları mindən çoxdur.

Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2016-cı ilin 1-ci yarımilliyində cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə respublika daxili işlər orqanlarının fəaliyyətinin nəticələrinə dair təhlilinə görə, hesabat dövründə mülkiyyət əleyhinə cinayətlərdən oğurluqlar 1140 (+37,5%; 4181-3041), dələduzluq cinayətləri 710 (+41,4%; 2427-1717), soyğunçuluq 24 (+16,7%;168-144), quldurluqla bağlı cinayətlər 12 (+ 14,0%; 98-86) fakt artıb.

Oxu.Az xəbər verir ki, nazirliyin müvafiq idarəsi oğurluqları bu ilin 6 ayı üçün 1140 göstərib və bu rəqəmin +37,5% olmaqla artdığını qeyd edib. Eyni zamanda, ötən ilin 6 ayı ilə müqayisədə 3041 oğurluq faktına qarşı 4181 fakt qeydə alınıb.

0
6