Rio-2016: Cüdoçumuz 1/8 finala çıxdı

Rio-2016: Cüdoçumuz 1/8 finala çıxdı

Azərbaycan cüdoçusu Uşanqi Kokauri 100 kq-dan artıq çəki kateqoriyasında Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında 1/8 finala çıxıb.

Oxu.Az-ın məlumatına görə, həmyerlimiz 1/16 finalda latviyalı idmançı Arturs Nikiforenko üzərində qələbə qazanıb.

Onun 1/8 finaldakı rəqibi yapon cüdoçu Hisoyoşi Harasava olacaq.

Qeyd edək ki, 5-21 avqust tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları keçirilir. Azərbaycan oyunlarda 56 idmançı ilə 17 idman növündə təmsil olunur.

Müstəqil Azərbaycan üçün Rio Olimpiyadası sayca 7-ci Yay Olimpiya Oyunlarıdır. Azərbaycan Olimpiya hərəkatı tarixində ilk dəfə rekord sayda - 56 idmançı ilə təmsil olunur. Buna gədər Azərbaycanın rekord göstəricisi London Olimpiyadasında qeydə alınmışdı - 53 idmançı. Bundan başqa, Azərbaycan Rio-de-Janeyro Olimpiyadasında ilk dəfə 4 idman növü - kamandan oxatma, kanoe slalom, trek velosipedi və triatlon üzrə təmsil olunur.

Azərbaycanı Rio Olimpiyadasında 7 hakim də təmsil edir - Aydın Ağaəliyev (gimnastika), Lyudmila Quliyeva (akademik avarçəkmə, kanoe slalom, kanoe sprint), Ramil Vəliyev (cüdo), Rauf Əliyev (sərbəst güləş), Hicran Şərifov, Vüqar Vəliyev (hər ikisi yunan-Roma güləşi), Zaur Abdullayev (boks).

0
23