Azərbaycanın tanınmış memarı vəfat edib

Azərbaycanın tanınmış memarı vəfat edib

Azərbaycan Memarlar İttifaqının üzvü, memar Fazil Məmmədov bu gün uzun sürən xəstəlikdən sonra vəfat edib.

u barədə məlumat Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilib.

Xatırladaq ki, Məmmədov Fazil Qulam oğlu 6 aprel 1949-cu ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. Uzun illər müxtəlif yerlərdə rəhbər vəzifələrdə çalışıb. F.Məmmədov bir neçə il Mədəniyyət və Turizm Nazirliyində Mədəni İrs şöbəsində işləyib. O, Azərbaycan Memarlar İttifaqının üzvü olub.

Aytən Sadıqzadə

0
6