® Azər Türk Bank təmassız ödəniş kartlarını təqdim edir

® Azər Türk Bank təmassız ödəniş kartlarını təqdim edir

Vaxtaşırı olaraq müştərilərini yeni  innovativ məhsul və xidmətləri ilə sevindirən Azər Türk Bank MasterCard PayPass təmassız ödəniş kartlarını təqdim edir. Müştərilərin rahatlığının təmin edilməsi məqsədi ilə tətbiq olunan bu yenilik Bankın bu növ kart sahiblərinə MasterCard PayPass loqotipi ilə təchiz olunmuş POS-terminallarda bir toxunuşla ödəniş etmək imkanı yaradacaq. Kart sahibləri kartlarını təmassız ödənişləri qəbul edən Post-terminallara yaxınlaşdırmaqla xırda ödənişləri PİN-kod daxil etmədən həyata keçirə biləcəklər. Bu da Azər Türk Bankın MasterCard PayPass təmassız ödəniş kartlarının sahiblərini əlavə vaxt itkisindən azad edəcək.

Eyni zamanda bank təsərrüfat subyektlərinə təqdim etdiyi POS terminallarda da təmassız ödənişlərin qəbulunu aktivləşdirir. Artıq ən son texnalogiya ilə təchiz olunmuş kartlarla da bu tip POS terminallarda ödəniş etmək mümkündür.

Azər Türk Bankın MasterCard PayPass təmassız ödəniş kartlarına sahib olmaq istəyən şəxslər Bankın istənilən filialına müraciət edə bilər, yaxud www.azerturkbank.az saytı vasitəsilə online qaydada debit və kredit kartları sifariş edə bilərlər.

İqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin verilməsini özünün əsas missiyası kimi müəyyənləşdirmiş “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

0
17