Məşhurların övladları da tələbə adını qazanıb - SİYAHI

Məşhurların övladları da tələbə adını qazanıb - SİYAHI

Ötən gün TQDK universitetlərə qəbul imtahanlarının nəticələrini açıqlayıb. 

Lent.az-ın “Qafqazinfo”-a istinadən məlumatına görə, ali məktəbə daxil olan abituriyentlər sırasında şou-biznes üzvlərinin övladları da var.

Əməkdar artist Vəfa Zeynallının qızları- Lalə və Səbinə universitetə daxil olub.

Əkizlərdən biri Azərbaycan Dillər Universitetinə (ADU), digəri isə Azərbaycan Dövlət İqtisad Universitetinə (ADİU) qəbul olub.

Digər məşhur müğənni Samirə Allahverdinin oğlu Əli də ali məktəbə qəbul olub.

O, Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alacaq.

Müğənni Roza Zərgərlinin qızı Bənövşə də tələbə olmaq imkanını əldə edib. Sənətçinin qızı Azərbaycan Dövlət Musiqi Akademiyasının vokal sinfinə daxil olub.

Onu da qeyd edək ki, əməkdar artist Tünzalə Ağayevanın məzun qızı Fidan isə Azərbaycanda təhsilini davam etdirmək fikrində deyil. O, Türkiyədə ali məktəbə daxil olmaq istəyir, bu ayın sonu orada imtahan verəcək.

0
26