Ermənilər Obamaya müraciət ediblər

Ermənilər Obamaya müraciət ediblər

Amerikanın Milli Erməni Komitəsi (AMEK) təşkilatın prezident Barak Obamaya müraciətinə dair məlumat yayıb.

Oxu.Az xəbər verir ki, bu barədə lragir.am məlumat yayıb.

“AMEK ABŞ prezidentini Qarabağ münaqişəsini ümummilli dəyərlər və insan haqları prinsipləri əsasında nizamlanmasına vasitəçilik etməyə çağırıb”, - məlumatda deyilir.

“ABŞ və beynəlxalq vasitəçilər anlamsız Madrid prinsiplərindən imtina etməlidirlər. Bu prinsiplər strateji və dönülməsi mümkün olmayan güzəştlər, eləcə də Azərbaycandan qeyri-müəyyən statusun alınmasını nəzərdə tutur”, - məlumatda deyilir.

0
9