Naxçıvanda bir sinfin bütün məzunları tələbə oldu – SİYAHI

Naxçıvanda bir sinfin bütün məzunları tələbə oldu – SİYAHI

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini açıqlayandan sonra bir sıra maraqlı faktlar qeydə alınıb. Belə maraqlı faktlardan biri də eyni sinfi bitirən məzunların hamısının ali məktəbə qəbul olunmasıdır.

Oxu.Az xəbər verir ki, bu hadisə Naxçıvanda qeydə alınıb.

Belə ki, bu il Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin XI b sinfini bitirən 20 nəfər məzunun hamısı ali məktəbə sənəd verib və hamısı da tələbə adını qazanıb.

Bu barədə həmin sinifdə Azərbaycan dili və ədəbiyyat fənnini tədris etmiş Sara Əzimova məlumat verib. Qeyd edək ki, Sara Əzimova həm də XI b-nin sinif rəhbəri olub.

Sinif rəhbəri bildirib ki, XI b sinifini bitirən 20 məzundan 5 nəfəri 500-700 intervalında bal toplayıb.

Qəbul imtahanlarında 100 faiz nəticə göstərmiş XI b sinfinin tələbə adını qazanmış məzunlarını təqdim edirik:

Nəriman Süleymanov - Bakı Ali Neft Məktəbi, mühəndis, (675)
Aysun Hacızadə - Azərbaycan Tibb Universiteti, müalicə işi (581)
Aygün Hümbətov - Azərbaycan Dillər Universiteti, ingilis dili (548)
Araz Əliyev - Azərbaycan Tibb Universiteti, stamotologiya (539)
Nigar Təhməzova - Azərbaycan Tibb Universiteti, stamotologiya (510)
Şövkət Təhməzova - Azərbaycan Dillər Universiteti, ingilis dili
Ruqayyə Əliyeva - Naxçıvan Dövlət Universiteti, tibb fakültəsi
Nuray Salmanlı - Naxçıvan Dövlət Universiteti, coğrafiya müəllimliyi
Əkbər Süleymanov - Naxçıvan Dövlət Universiteti, iqtisadiyyat
Gülay Bayramova - “Naxçıvan” Universiteti, ingilis dili müəllimliyi
Rafət Kazımbəyli - Azərbaycan Dövlət İqtisad Universiteti
Valeh Xudakərimov - Azərbaycan Dövlət İqtisad Universiteti
Zaur Məmmədov - “Naxçıvan” Universiteti, maliyyə
Tofiq Kərimli - “Naxçıvan” Universiteti, maliyyə
XəyalAğayev - Naxçıvan Dövlət Universiteti, incəsənət fakültəsi
Ülkər Əhmədova - Bakı Dövlət Universiteti, bioloq
Günxan İbrahimli - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, mühəndis
Tofiq Babayev - Naxçıvan Dövlət Universiteti, aktyorluq
Emil Abdullasoy - Azərbaycan Memarlıq və İnşaat Universiteti, dizayner
Çingiz Məmmədli - Türkiyə Respublikası, Akdəniz Universiteti, turizm.

0
243