FETO-nun bütün var-dövləti müsadirə edildi

FETO-nun bütün var-dövləti müsadirə edildi

İkinci Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan və fərari olan Fətullah Gülən və daha 3 nəfərin mal varlığının müsadirəsinə qərar verilib.

Lent.az-ın sözcü-ə istinadən məlumatına görə, həbsləri ilə bağlı qərar çıxarılsa da xarici ölkədə sığınan Fətullah Gülən, Ömer Ekinci, Kemal Elibal və Cemal Soncu üçün qaçaq əməliyyatlarının başladılmasına qərar verib.

 Bundan başqa, Türkiyə Cinayət Məcəlləsinin 278/1 maddəsindən dolayı hər 4 nəfərin bütün var dövlətinin müsadirəsi haqqında da qərar çıxarılıb.

Bu qərar ilə fərari olan 4 şəxsin bütün daşınmaz əmlakları, qara dəniz və hava nəqliyyat vasitələri, bütün hüquq və debitor borcları, qiymətli sənədləri, səhmdarı olduğu şirkət səhmləri, kirayə kassa hesabları və bank hesabları dondurulub.

0
10