Həbsxanada qumbara partladı: Ölənlər var

Həbsxanada qumbara partladı: Ölənlər var

Məhbuslar qumbaranı qaçış üçün istifadə etmək istəyirdilər.

Filippində həbsxanada qumbaranın partlaması nəticəsində ən azı 10 məhbus həlak olub.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə cümə axşamı Manilanın cənubunda yerləşən Paranak şəhərinin penitensiar müəssisəsində baş verib.

Qumbara məhbusların digər həbsxanaya köçürülməsi barədə danışıqların aparıldığı nəzarətçi otğında partlayıb, “Straits Times” qəzeti yazır.

İlkin məlumata görə, məhbuslar həbsxanadan qaçmaq üçün danışıqlar aparıblar. Bildirilir ki, insident yerində əvvəlcə atışma düşüb, sonra isə qumbara partlayıb. Səkkiz nəfər hadisə yerində, iki nəfər isə xəstəxanaya aparılarkən yolda ölüb.

Müstəntiqlər məhbusların odlu silahları necə əldə etdiklərini də aydınlaşdırırlar.

Ölənlərin hamısı narkotiklərin qanunsuz dövriyyəsinə görə mühakimə olunmuş məhbusdur. Onlardan ikisinin kriminal dairələrdə məşhur olan Çin narkodilerləri olduğu bildirilir.

0
16