Oğru qadınların səsindən qorxub qaçdı

Oğru qadınların səsindən qorxub qaçdı

Lənkəranda naməlum şəxs evə daxil olmaq istəyib.

Oxu.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Şağlakücə kəndində qeydə alınıb.

Naməlum şəxs gecə saat 2 radələrində nərdivanla kənd sakini Vasif Zakir oğlu Babayevə məxsus evin ikinci mərtəbəsinə qalxıb. Səsə oyanan evdəki qadınlar qışqırıblar. Qışqırıq səsindən ehtiyatlanan naməlum şəxs tez aradan çıxıb.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə də məlumat verilib.

Polis əməkdaşları evə baxış keçirərək istintaq üçün zəruri barmaq izlərini və həyətdə düşmüş siqaret qutusunu götürüblər.

Həmin şəxsin tapılması istiqamətində axtarışlar davam etdirilir.

0
8