Hakan Şükür barəsində həbs qərarı çıxarıldı

Hakan Şükür barəsində həbs qərarı çıxarıldı

Türkiyənin əfsanəvi futbolçusu Hakan Şükür və onun atası Sermet Şükürün saxlanılması barədə qərar qəbul edilib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, sabiq deputat Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvü olmaqda ittiham edilir.

Sakarya Respublika Prokurorluğunun bu qərarından sonra yerli polis hazırda ABŞ-da yaşayan Hakan Şükürün İstanbuldakı evində axtarış aparıb. Şükür barədə “qırmızı bülleten” hökmü çıxarılacağı bildirilib. Adapazarıda yaşayan Sermet Şükür isə hələ tapılmayıb.

Qeyd edək ki, terror təşkilatı iyulun 15-də ölkədə çevrilişə cəhd etmiş və 200-dən çox insanın həlak olmasına səbəb olmuşdu.

0
6