Ermənistan və İran arasında viza olmayacaq

Ermənistan və İran arasında viza olmayacaq

İki dövlət yeni razılaşmanın tətbiqinə başladı.

Ermənistan və İran arasında viza rejiminin ləğvinə dair Memorandumun tətbiqinə başlanılıb.

Oxu.Az "news.am" saytına istinadən verdiyi məlumata görə, Ermənistan Xarici İşlər Nazirliyi (XİN) prosesə avqustun 11-dən başlanıldığını açıqlayıb.

Ermənistan XİN-in məlumatında deyilir ki, memoranduma əsasən, Ermənistan və İran vətəndaşları digər ölkənin ərazisində vizasız 90 gün qala bilərlər.

0
10