Vanuatuda 7,6 bal zəlzələ

Vanuatuda 7,6 bal zəlzələ

Sakit okeanın Vanuatu sahilləri yaxınlığında 7,6 bal gücündə zəlzələ baş verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Milli Geoloji Xidmətinin məlumatında bildirilir.   

Yeraltı təkanlar yerli vaxtla 01.26-da (Bakı vaxtı ilə 05.26-da) Yeni Kaledoniyanın Xanter adasından 108 km şərqdə qeydə alınıb. Zəlzələnin episentri 16,1 km dərinlikdə olub.

Ölənlər və dağıntılar barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan olunmayıb.

0
13