ABŞ-da iri elektrik stansiyası partladı

ABŞ-da iri elektrik stansiyası partladı

ABŞ-ın Miçiqan ştatında yerləşən DTE şirkətinə məxsus iri elektrik stansiyasında partlayış baş verib. Ölən və xəsarət alanlar barəsində hələlik məlumat yoxdur.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə yerində qatı tüstü müşahidə olunur. Yerli sakinlərdən biri partlayışdan əvvəl qəribə fışıltının olduğunu bildirib.

Hadisə yerində partlayışdan sonra yanğın başlayıb. İnsidentin fəsadlarının ləğv edilməsi üçün hadisə yerinə əlavə yanğınsöndürmə briqadaları cəlb olunub.

0
19