Məşhur aktrisa biznesə başladı

Məşhur aktrisa biznesə başladı

Məşhur aktrisa Cessika Alba özünün kosmetika brendini yaradır.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı aktrisa “Honesty Beauty” adlanan brendi üçün yeni kosmetika dəsti də hazırlatdırıb.

Dəstə dodaq boyası, palet və bəzi üz boyaları daxil edilib. Özəl makiyajçısı Daniel Martinin köməkliyi ilə hazırlanan kosmetika “Falling for You” adlanır.

Qeyd edək ki, Cessika 2008-ci ildə aktyor Keş Uorrenlə evlənib. Cütlüyün iki övladı var.

0
15