Tailandda iki partlayış: 11 yaralı

Tailandda iki partlayış: 11 yaralı

Tailandən Xuaxin kurort bölgəsində baş vermiş iki partlayış nəticəsində 11 nəfər yaralanıb.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, xəsarət alanların arasında xarici turistlərin olduğu bildirilir. Yaralananların milliyyəti barədə hələlik məlumat verilmir.

Bundan əvvəl  “Phuket Gazette” nəşri Tranq şəhərinin mərkəzi bazarında da partlayışın baş verdiyini bildirib.  Hadisə nəticəsində azı 8 nəfər yaralanıb.

0
11