Sumqayıtda “casus”

Sumqayıtda “casus”

Topaz Premyer Liqasının II turunun açılış matçı, “Sumqayıt” – “Qarabağ” oyununu izləyənlər arasında isveçli “casus” da var. Apasport.az saytının “futbolinfo.az”a istinadən məlumatına görə, söhbət İsveçin "Höteborq" klubunun məşqçisi Alf Vesterberqdən gedir.

UEFA Avropa Liqasının pley-off mərhələsində ağdamlıların rəqibi olan İsveç klubunun çalışdırıcısı hazırda davam edən qarşılaşmanı tribunadan izləyir.

Qeyd edək ki, “Qarabağ”la “Höteborq” arasında ilk oyun avqustun 18-də keçiriləcək. Höteborqun “Qamla Ullevi” stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

0
18