Rio-2016: Elmar Qasımovun yarımfinaldakı rəqibi bəlli oldu

Rio-2016: Elmar Qasımovun yarımfinaldakı rəqibi bəlli oldu

Rio-2016 Yay Olimpiya Oyunlarında cüdo üzrə Azərbaycan yığmasının üzvü Elmar Qasımovun  turnirin yarımfinal mərhələsində rəqibi bəlli olub.

Apasport.az saytının məlumatına görə, təmsilçimizin final yolundakı rəqibi ukraynalı Artyom Bloşenko olacaq. Görüş Bakı vaxtı ilə 23:12-də start götürəcək.

Xatırladaq ki, 100 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Olimpiadaya 1/16 final mərhələsindən başlayıb. Təmsilçimizin ilk rəqibi Taqir Xaybullayev olub. Elmar Olimpiya çempionuna heç bir şans verməyib. O, rəqibinə vazari və yuka xalları ilə qalib gəlib. Rusiya şidoda da "üstün" olub.

Həmyerlimiz 1/8 finalda əlcəzairli Lyes Bouyakubla üz-üzə gəlib. Görüşdə hər iki idmançı bir vazari xalı qazansa da, Elmarın şidosunun rəqibindən az olması (1:2) ona qələbə gətirib.

Təmsilçimiz 1/4 finala yüksəlib. Ona yarımfinala çıxmaq üçün misirli idmançı Dərviş Ramazandan üstün olmağa cəmi 54 saniyə bəs edib. İpponla qələbə qazanan Elmar finalın biraddımlığındadır.

0
24