İrana qarşı sanksiyalara görə uzaqlaşdırılan banklar SWIFT-ə qayıtdılar

İrana qarşı sanksiyalara görə uzaqlaşdırılan banklar SWIFT-ə qayıtdılar

“Aİ vasitəçilik edib”.

Avropa İttifaqı İrana qarşı tətbiq edilən sanksiyalara görə uzaqlaşdırılan 43 banka SWIFT bank informasiyasının mübadiləsi proqramına qoşulmağa yardım edib. 

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Aİ-nin yüksək vəzifəli məmuru bildirib. 

“Aİ 43 banka SWIFT sisteminə qoşulmağa vasitəçilik edib”, - adının açıqlanmasını istəməyən Aİ nümayəndəsi bildirib.

SWIFT – beynəlxalq maliyyə məlumatı mübadiləsi sistemidir. Bu sistemə dünyanın 200-dən çox ölkəsinin 10,8 mindən çox iri təşkilatları qoşulub. 

0
16