Bakıda mənzildən 50 min manatlıq qızıl oğurlanıb

Bakıda mənzildən 50 min manatlıq qızıl oğurlanıb

Bakı şəhəri, Nəsimi rayonunda mənzildən qızıl-zinət əşyaları oğurlanıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Report”a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata görə, hadisə A.Mustafayev küçəsində qeydə alınıb. Ev 43-də yaşayan 1977-ci il təvəllüdlü Mahirə Həsənovanın mənzilindən açarseçmə yolu ilə 50 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

0
10