DTX-nın emblemi təsdiq edildi – FOTO

DTX-nın emblemi təsdiq edildi – FOTO

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin emblemi haqqında” fərmanda dəyişikliklər edilməsi barədə fərman verib.

Oxu.Az-ın məlumatına görə, fərman ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rəsmi embleminin təsvirində dəyişikliklər edilməklə Dövlət Təhlükəsizlik Xidmətinin emblemi kimi təsdiq edilməsini nəzərdə tutur.

Başqa sözlə, Milli Təhlükəsizlik Nazirliyinin embleminin adında, birinci hissəsində və emblemin şəklinin adında, emblemin ikinci hissəsinin birinci cümləsində “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri, ikinci hissəsinin birinci cümləsində “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz ediləcək.

0
15