Prezident avtomobil yollarının təmirinə 3 milyon manat ayırdı

Prezident avtomobil yollarının təmirinə 3 milyon manat ayırdı

Prezident İlham Əliyev Qəbələ şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Oxu.Az xəbər verir ki, sərəncamda qeyd olunur ki, Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində Qəbələ rayonunun sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş vermiş, sənaye məhsulunun həcmi 13,4 dəfə, əsas kapitala yönəldilmiş vəsait 108,0 dəfə, o cümlədən tikinti quraşdırma işləri 114,8 dəfə artmış, mühüm infrastruktur layihələri yerinə yetirilib, Beynəlxalq Hava Limanı, Müalicə Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi, Heydər Əliyev Konqres Mərkəzi, Mədəniyyət Mərkəzi, “ASAN” Xidmət Mərkəzi inşa edilib, müasir turizm, mədəniyyət və təhsil obyektləri istifadəyə verilib, iri sənaye müəssisələri yaradılıb, 14 mindən çox yeni iş yeri açılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.

Sərəncama əsasən, Qəbələ şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycanın 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırlıb.

0
12