İlham Əliyev İsmayıllıda çoxmənzilli binaların təmirinə pul ayırdı

İlham Əliyev İsmayıllıda çoxmənzilli binaların təmirinə pul ayırdı

Prezident İlham Əliyev İsmayıllı şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Oxu.Az xəbər verir ki, sərəncamda qeyd olunur ki, Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində İsmayıllı rayonunun sosial-iqtisadi inkişafı, infrastruktur layihələrinin yerinə yetirilməsi və ümumilikdə əhalini narahat edən problemlərin həlli sahəsində mühüm tədbirlər həyata keçirilib, Olimpiya İdman Kompleksi, kiçik su elektrik stansiyaları, Peşə Tədris Mərkəzi inşa edilib, Rayon Mərkəzi Xəstəxanası, Mədəniyyət Mərkəzi əsaslı təmir olunub, təhsil və digər sosialyönümlü obyektlər istifadəyə verilib, iri sənaye, kənd təsərrüfatı və emal müəssisələri yaradılıb, 8 mindən çox yeni iş yeri açılıb, İsmayıllı şəhərinin içməli su təchizatı sistemi yenidən qurulub, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.

Sərəncama əsasən, İsmayıllı şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycanın 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırlıb.

0
15