Məhkəmə ANS-in iddiasını təmin etmədi

Məhkəmə ANS-in iddiasını təmin etmədi

Bu gün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində “ANS Müstəqil Yayım və Media” Şirkətinin Milli Televiziya və Radio Şurasına qarşı qaldırdığı qarşılıqlı iddia üzrə məhkəmə iclası keçirilib.

Oxu.Az-ın trend-ə istinadən məlumatına görə, hakim İlham Əhmədovun sədrliyi ilə keçirilən prosesdə hər iki tərəfin nümayəndələri dinlənilib.

Məhkəmə ANS-in iddiasını təmin etməyib. ANS məhkəmə qərardadından şikayət təqdim edib.

Məhkəmənin növbəti prosesi avqustun 16-a təyin olunub.

Qeyd edək ki, 2015-ci ildə MTRŞ ANS Müstəqil Yayım və Media Şirkətini məhkəməyə verərək “Abşeron” adlı serialın çəkilməsi üçün ayrılan 160 min manat vəsaitin, həmçinin 8 min manatlıq cərimənin dövlət büdcəsinə geri qaytarılmasını tələb edib. MTRŞ ANS TV-nin Şuraya “Abşeron” əvəzinə, “Sevgi naminə” adlı serial təqdim etdiyini bildirib.

ANS serialın qəbul edilməsini və ayrılmış vəsaitin MTRŞ tərəfindən televiziyaya ödənilməsi üçün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib.

0
13