Bakıda ananı döyüb, oğlunu bıçaqlayan şəxs tutulub

Bakıda ananı döyüb, oğlunu bıçaqlayan şəxs tutulub

Araşdırma aparılır.

Bakıda ananı döyüb, oğlunu bıçaqlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, hadisə Suraxanıda baş verib.

Bir nəfər Rəfiqə Həsənovanı döyüb və oğlu Vitalikə bıçaqla xəsarət yetirib.

Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 3-də Bakı şəhər sakini Rəfiqə Həsənovanı döyüb və oğlu Vitalikə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmuş qohumu Rövşən Əhədov tutulub.

Araşdırma aparılır.

0
11