Bu gün “Sumqayıt” “Qarabağ”ı qəbul edəcək

Bu gün “Sumqayıt” “Qarabağ”ı qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start veriləcək.

Oxu.Az xəbər verir ki, turun yeganə oyununda “Sumqayıt” öz meydançasında “Qarabağ”ı qəbul edəcək.

İlk turda səfərdə “Zirə”ni minimal hesabla məğlub edən “Sumqayıt” ikinci qələbəsini qazanmağa çalışacaq. “Qarabağ” isə birinci turda “İnter”lə oyundakı məğlubiyyəti unutmağa çalışacaq.

Komandalar bu günədək 16 dəfə üz-üzə gəlib. Bu görüşlərin 4-ü “Sumqayıt”ın, 10-u isə “Qarabağ”ın qələbəsi ilə başa çatıb. Qalan 2 oyun sülhlə yekunlaşıb.

Azərbaycan Premyer Liqası

II tur

19:00.

“Sumqayıt” – “Qarabağ”

Sumqayıt. “Kapital Bank Arena”

0
14