Aktyor: Homoseksual olduğumu dedim, atam intihar etdi

Aktyor: Homoseksual olduğumu dedim, atam intihar etdi

28 yaşlı aktyor Colton Haynes “Out” jurnalına müsahibəsində ailəsinə homoseksual olduğunu deyən zaman atasının intihar etdiyini söyləyib.

Oxu.Az xəbər verir ki, aktyor şəxsi həyatı ilə bağlı bəzi etiraflar edərək bir çox məqamlara aydınlıq gətirib.

“14 yaşım var idi, homoseksual olduğumu ailəmə və sinif yoldaşlarıma demək qərarına gəldim. Atam həqiqəti öyrənəndə 40 ədəd həb içərək özünü öldürdü. Özümü günahkar hiss edirdim, bu səbəbdən uzun müddət homoseksual olduğumu gizlətməyə başladım. 17 yaşımda Los-Ancelesə gəldim, müvəffəqiyyət qazanmaq üçün homoseksual olduğumu hamıdan gizlətdim”,-deyə Haynes bildirib.

May ayında ilk dəfə “Entertainment Weekly” portalına homoseksual olduğunu söyləyən ulduz artıq bunu gizlətmək lazım olduğunu düşünmür.

Aytən Sadıqzadə

0
34