Bakıda uşaqların əl işlərindən ibarət sərgi açılıb – FOTO

Bakıda uşaqların əl işlərindən ibarət sərgi açılıb – FOTO

Bakı Xətai Sənət Mərkəzində 3-12 yaşlı uşaqların əl işlərindən ibarət “Mənim yay tətilim” adlı rəsm sərgisi açılıb.

Oxu.Az Mərkəzin “Facebook”dakı səhifəsinə istinadla bildirir ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə reallaşıb.

Sərgidə 120-dən çox uşağın müxtəlif mövzulu rəsm əsərləri sərgilənib.

Layihənin məqsədi Azərbaycanın müasir incəsənətinin və rəssamlığının inkişafına, balaca istedadlı rəssamların üzə çıxarılması və onların tanıdılmasına təkan verməkdən ibarətdir.

Sonda balaca fırça ustaları diplomlarla təltif edilib.

A.S.

0
13