Azərbaycanlı atletin erməni rəqibinin qolu sındı – VİDEO

Azərbaycanlı atletin erməni rəqibinin qolu sındı – VİDEO

Həmin yarışın qalibi azərbaycanlı atlet Nicat Rəhimov dünya rekordunu yeniləyərək 1-ci yer tutub.

Braziliyada keçirilən Yay Olimpiya Oyunlarında ağır atletika yarışlarında erməni idmançının qolu sındı.

Oxu.Az xəbər verir ki, hadisə yarışda iştirak edən Ermənistan yığmasının üzvü, Avropa çempionu Andranik Karapetyan 195 kq ağırlığında ştanqanı qaldırmağa çalışanda baş verib. Belə ki, uğursuz cəhd zamanı erməni idmançının qolu dirsəkdən çıxaraq sınıb.

20 yaşlı erməni atlet yarışların favoriti hesab edilirdi və onun qızıl medalı qazanacağı ehtimal olunurdu.

Qeyd edək ki, həmin yarışın qalibi, Qazaxıstanı təmsil edən azərbaycanlı atlet Nicat Rəhimov Rio Olimpiyadasında təkanla qaldırma hərəkətində dünya rekordunu yeniləyərək 1-ci yer tutub.

0
13