Polis Facebook-da quldurluq edəni tutdu

Polis Facebook-da quldurluq edəni tutdu

Habelə polisə müraciət edəcəyi təqdirdə, onu və ailə üzvlərini öldürəcəyi ilə hədələyib.

Bakı sakini qadını sosial şəbəkədə biabır edəcəyi ilə hədələyərək ondan 900 dollar tələb edib.

Bu barədə məlumat Oxu.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilib.

Avqustun 10-da Sumqayıt şəhər sakini L.Ağayeva Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət edərək cari ilin may ayında Ruslan adlı tanışının onu sosial şəbəkədə rüsvay edəcəyi ilə hədələyib 900 ABŞ dolları pul tələb etməsini, habelə polisə müraciət edəcəyi təqdirdə, onu və ailə üzvlərini öldürəcəyi ilə hədələməsini bildirib.

Yasamal RPİ 27-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ruslan Əhmədov tutulub.

Araşdırmalar davam etdirilir.

0
12