Dünyanın ən bənzər üçüzü – FOTO

Dünyanın ən bənzər üçüzü – FOTO

boy, bel və sinə ölçüləri eynidir.

Oxu.Az bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Onlar eyni qidaları yeyir, eyni məşqləri edir, eyni peşədə çalışaraq pul qazanırlar.

“Hamımız eyniyik. Oxşar görünməyi çox sevirik. Eyni gözəllik məhsullarından istifadə edirik, saçlarımızı eyni şəkildə kəsdiririk. Bir-birimizdən ayrılmırıq”, - deyə bacılar açıqlama verib.

Onların bu maraqlı həyat tərzi model agentliklərinin də diqqətini çəkib. 16 yaşından bəri birlikdə modellik edirlər.

“Birlikdə televiziya proqramlarında çalışdıq və dəb nümayişində podiuma çıxdıq. Gələn təklifləri qəbul etmək üçün tək şərtimiz var: əsla ayrılmamaq. İnsanlar bizə hər zaman maraqla baxırlar. Həyatımızdan çox məmnunuq. Bir-birimizin ən yaxşı yoldaşıyıq və heç vaxt ayrılmayacağıq”, -deyə üçüzlər bildirib.

Aytən Sadıqzadə

0
38