Nazarbayev azərbaycanlı atleti təbrik etdi

Nazarbayev azərbaycanlı atleti təbrik etdi

Nursultan Nazarbayev Nicat Rəhimova teleqram ünvanlayıb.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimovu təbrik edib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat Qazaxıstan prezidentinin rəsmi saytında yerləşdirilib.

Məlumatına görə, N.Nazarbayev bu ölkənin şərəfini qoruyan və onlara Rioda ilk qızıl medalı qazandıran həmyerlimizi nümunə göstərib.

N.Rəhimova ünvanlanan teleqramda deyilir ki, o, ümidləri doğruldub:

“Qazaxıstanlılar sənin çıxışını böyük maraqla gözləyirdi. Sən onların ümidlərini tam doğrultdun. Yüksək idman ustalığı, böyük əzm və fədakarlıq sənə gərgin mübarizədə güclü rəqiblər üzərində qalib gəlməyə və Qazaxıstan Olimpiya yığmasına ilk qızıl medalı gətirməyə kömək etdi. Şübhəsiz ki, sənin qələbən ölkənin bir çox yeniyetmə idmançıları üçün layiqli nümunə olacaq”.

Qeyd edək ki, rekordla Rioda qızıl medal qazanan Rəhimov Qazaxıstan hökuməti tərəfindən 250 min ABŞ dolları (401 min 550 manat) ilə də mükafatlandırılacaq.

0
12