Tanınmış aktyorun gəmisi yandı: ailəsi də içində

Tanınmış aktyorun gəmisi yandı: ailəsi də içində

Tanınmış aktyor Erkan Petekkayanın öz adını daşıdığı gəmisində yanğın baş verib.

Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, həyat yoldaşı Didem Petakkaya və oğlu Cano ilə tətilə çıxan aktyor başına xoşagəlməz hadisə gəlib.

Belə ki, ailəsi ilə Göcekdən Yunanıstanın Rodos adasına gəmi ilə səfər etmək istəyən aktyorun gəmisi yarı yolda yanmağa başlayıb. Yanğın gəminin motor hissəsində baş verib.

Gəminin kapitanı hadisədən təz xəbər tutaraq, Erkan Petekkaya məlumat verib.

Aktyor ailəs ilə birlikdə köməkçi qayıqla sahilə çıxıb. Gəmi təmir edilib. Petekkaya ailəsi ilə birlikdə Alanyaya qayıdaraq tətilini oteldə davam edib.

0
14