Azərbaycana gələn ərəblərin sayının kəskin artmasının SƏBƏBİ açıqlandı

Azərbaycana gələn ərəblərin sayının kəskin artmasının SƏBƏBİ açıqlandı

Viza rejiminin sadələşdirilməsi nəticəsində Ərəb ölkələri üzrə Azərbaycana gələn turistlərin sayı kəskin artıb. Bu barədə Lent.az-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumatda deyilir ki, prezidentin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verdiyi tapşırıqların icrası ilə əlaqədar olaraq bu ilin 1 fevral tarixindən etibarən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt və digər bir sıra ölkələrin vətəndaşlarına Azərbaycanın bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinin təmin edilməsi mövcud turist axınına öz müsbət təsirini göstərib, adıçəkilən ölkələrin böyük əksəriyyətindən ölkəyə gələn əcnəbi vətəndaşların sayında əsaslı artım qeydə alınıb.

Qeyd olunur ki,  Körfəz ölkələrindən turistlərin cəlb olunması və ümumi turist ziyarətlərinin artırılması, turistlərin ölkəmizə səyahət etməsinin stimullaşdırılması, həmçinin Azərbaycanın Körfəz ölkələrində təbliğat və təşviqat kampaniyalarının təşkil olunması istiqamətində 2011-ci ildən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərin məntiqi davamı olaraq Körfəz ölkələrinə münasibətdə viza rejiminin sadələşdirilməsi bu istiqamətdə görülən işlərin son illər daha uğurlu nəticələr göstərməsinə təkan verib.

Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələn turistlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə (530 nəfər) 2016-cı ilin birinci yarımili ərzində 10 086 nəfər olmaqla 19 dəfə, Bəhreyndən gələn qonaqların sayında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə (32 nəfər) 2016-cı ilin birinci yarımili ərzində 422 nəfər olmaqla 13 dəfə artım qeydə alınıb.

Bununla yanaşı, Ərəb ölkələri arasında ən yüksək artım tempi İraqda qeydə alınmışdır. Cari ilin ilk altı ayı ərzində 11 028 nəfər İraq vətəndaşı ölkəmizə səfər etmişdir ki, bu da əvvəlki ilin yanvar- iyun aylarındakı göstəricilərdən (376 nəfər) 30 dəfə çoxdur.

2016-cı ilin birinci yarımili ərzində Ərəb ölkələrindən Azərbaycana səfər edən xarici vətəndaşların sayı ümumilikdə 25 min nəfər təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə (3158 nəfər) təxminən 22 min nəfər (8 dəfə) çoxdur.

0
32