Səfir Elin Süleymanov: Putin Qarabağda Obamanı geridə qoydu

Səfir Elin Süleymanov: Putin Qarabağda Obamanı geridə qoydu

“Rusiya yetərincə güclü və həlledici oyunçudur”.

Obama Administrasiyası son zamanlar Azərbaycana və bütün regionda Rusiya nüfuzunun qarşısının alınmasına çox maraq göstərir. 

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov “The Washington Times” nəşrinə bu həftə verdiyi müsahibəsində bildirib. 

Amma səfir, həmçinin ABŞ-ın regional təhlükəsizliyin zəifləməsinin qarşısının alınmasında iştirakının mühümlüyünü qeyd edib və Ağ Ev Administrasiyasının Türkiyə, Rusiya, Ermənistan və Azərbaycana real təsir göstərmə şansını əldən verdiyini qeyd edib. 

Onun sözlərinə görə, Obamanın yox, məhz prezident Vladimir Putinin vəziyyəti öyrənib, özünü sülhməramlı kimi göstərərək, Dağlıq Qarabağda atəşkəs rejiminin bərpası üçün Azərbaycan və Ermənistanın hərbi rəhbərliyini yığıb. 

“Bu gün aydındır ki, son iki həftə ərzində Rusiya öz statusunu regionda əsas diplomatik qüvvə kimi möhkəmləndirib”, - səfir deyib. 

“Rusiya yetərincə güclü və həlledici oyunçudur. Biz bunu gördük. Bu iki həftə ərzində biz Rusiyanın regionda daha fəal iştirakının şahidi olduq”, - E.Süleymanov vurğulayıb. 

0
28