Azərbaycanlı olimpiya çempionu oldu

Azərbaycanlı olimpiya çempionu oldu

Qazaxıstanı təmsil edən azərbaycanlı atlet Nicat Rəhimov Rio Olimpiyadasında təkanla qaldırma hərəkətində dünya rekordunu yeniləyərək 1-ci yer tutub.

Oxu.Az xəbər verir ki, toplamda 379 kq (165 kq + 214 kq) nəticə göstərən idmançı təkanla qaldırma hərəkətində dünya rekordu vurub.

İkinci yeri çinli Lyuy Syaozsunu (379 kq - 177+202) və üçüncü yeri isə Misir atleti Məhəmməd Mahmudu 361 kq (165+196) tutub.

N.Rəhimov təkanla qaldırma hərəkətində rusiyalı Oleq Perepeçenovun 2001-ci ildə vurduğu rekordu yeniləyib. Nicat Rəhimov 2014-cü ildən etibarən Qazaxıstan yığmasında çıxış edir.

0
12