Alsu üçüncü dəfə ana oldu – FOTO

Alsu üçüncü dəfə ana oldu – FOTO

Müğənni Alsunun üçüncü övladı dünyaya gəlib.

Oxu.Az xəbər verir ki, bu haqda ilk məlumatı ifaçı Andrey Tsvetkov “İnstagram” səhifəsində verib. O, üçüncü dəfə analıq həyəcanını yaşayan həmkarını təbrik edib.

Alsu sosial şəbəkədə xəbəri təsdiqləyərək oğluna Rafael adını verdiyini qeyd edib.

Yan Abramovla ailəli olan ulduzun Safina və Mikella adlarında iki qızı da var.

Aytən Sadıqzadə

0
14