Kanadada terror aktı hazırlayan gənc öldürüldü

Kanadada terror aktı hazırlayan gənc öldürüldü

Kanadada terror aktı hazırlamaqda şübhəli bilinən şəxs polis tərəfindən məhv edilib.

APA-nın xəbərinə görə, bu barədə CBC kanalı xəbər verib.

Məlumata görə, öldürülən şəxs İŞİD tərəfdarı 24-yaşlı Aaron Drayverdir. A. Drayverin ailə üzvləri onun ölüm faktını təsdiqləyiblər. Onun 2015-ci ildə həbs edildiyi,  daha sonra isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxıldığı bildirilir.

Qeyd olunur ki, A.Drayver avqustun 10-da Kanadanın ən iri şəhərlərindən birində, əhalinin sıx olduğu yerdə özünü partlatmaq istəyirmiş.

0
6