La Liqa təmsilçisi baş məşqçisini istefaya göndərdi

La Liqa təmsilçisi baş məşqçisini istefaya göndərdi

İspaniyanın “Vilyareal” klubu baş məşqçi Marselino Qarsiya Toralı istefaya göndərib.

APA-nın xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat verib.

Məlumata əsasən, klubun yeni baş məşqçisinin adı yaxın saatlarda elan ediləcək. 50 yaşlı Marselino Qarsiya Toral 2013-cü ildən kluba rəhbərlik edirdi. Son mövsümdə “Vilyareal” İspaniya çempionatında 4-cü yer tutub.

M. Qarsiya Toral müxtəlif illərdə “Saraqosa”, “Rasinq”, “Sevilya” və digər ispan klublarına rəhbərlik edib.

0
23