Rusiya ilə Türkiyə Suriya üzrə komissiya yaratdı

Rusiya ilə Türkiyə Suriya üzrə komissiya yaratdı

Rusiya ilə Türkiyə Suriya böhranının nizamlanması üzrə komissiya yaradıblar.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, komissiyanın ilk iclası avqustun 11-də Moskvada keçiriləcək.

Məlumata əsasən, komissiyaya diplomatlar, hərbçilər, kəşfiyyat nümayəndələri daxildir.

Komissiyanın yaradılmasına dair qərar avqustun 9-da Rusiya və Türkiyə prezidentlərinin Sankt-Peterburqdakı görüşü zamanı verilib.

0
22