Türkiyədə polisə növbəti hücum: 4 ölü, 13 yaralı

Türkiyədə polisə növbəti hücum: 4 ölü, 13 yaralı

Diyarbəkir vilayətinin Sur rayonunda PKK qruplaşmasının üzvlərinin minalanmış avtomobili partlatması nəticəsində 4 nəfər ölüb, 13 nəfər yaralanıb.

APA-nın məlumatına görə, bu barədə "Anadolu" agentliyi məlumat verib.

Partlayıcı qurğu polis avtomobili keçdiyi zaman işə düşüb. Yaralılar xəstəxanaya göndəriliblər.

Terrorçuların tutulması üçün bölgədə əməliyyat aparılır.

0
21