İranın neft bazarındakı payı sanksiyadan əvvəlki həddə çatıb

İranın neft bazarındakı payı sanksiyadan əvvəlki həddə çatıb

“İranın iqtisadi sabitliyinin üstünlüyü səmərəli idarəçilikdə idi”.

Hazırda İranın neft ixracı 2,5 mln. barel/gün təşkil edir. Bu isə neft bazarında İranın payının sanksiyadan əvvəlki səviyyəyə qayıtması deməkdir.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə İranın birinci vitse-prezidenti Eshaq Cahangiri (Eshaq Jahangiri) bildirib.

“Gündəlik neft ixracı 2,5 mln. barelədək artıb. İran neft hasilatını artıra və bazardakı payına bərpa edə bilib”, - NIOC agentliyi onun sözlərindən sitata gətirib.

O qeyd edib ki, neftin qiymətinin düşməsi ilə bir sıra neft hasil edən ölkələr, xüsusilə də Fars körfəzi ölkələri böyük problemlərlə üzləşib. Buna baxmayaraq, effektiv idarəetmə nəticəsində İranda iqtisadi stabillik hökm sürür.

Qərbin İrana qarşı sanksiyaları bu ilin yanvar ayında qaldırılıb. Hazırda İran gündəlik təxminən 3,8 mln. barel neft hasil edir. Daha öncə İran hakimiyyəti dəfələrlə ölkənin payının sanksiyadan əvvəlki səviyyəyə çatdırılması niyyətini bildirmişdi.

0
20